2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 499,3 min ton ağ neft istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə ağ neft istehsalı 35,2 min ton və ya 7,6% artıb.
2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 464,1 min ton təşkil edib.
2023-cü ilin 1 noyabr tarixinə hazır məhsul ehtiyatı 44,8 min ton təşkil edib.
Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə 19,6 min ton yaxud 77,8 % çoxdur.
2022-ci ilin 1 noyabr tarixinə hazır məhsul ehtiyatı 25,2 min ton olub.