Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda stolüstü kompüterlərin istehsalı 4,4 dəfə artıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qeyd olunan müddət ərzində kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 175,6 milyon manatlıq məhsul istehsal olunub, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 8,7 faiz, kompüter, elektron və optik məhsulların istehsalı isə 5,5 faiz artıb.
Dövr ərzində əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 2,2 dəfə, mayelərin məsrəfi və ya səviyyəsinin ölçülməsi, yoxlanması üçün cihazların istehsalı 68,4 faiz, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı isə 39,0 faiz
artıb.