2022-ci il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla (əmək müqaviləsi) çalışan işçilərin sayı 1719,1 min nəfər olub.
Eləcə də bax: Gələcəkdə işsiz qalmamaq üçün abituriyentlər nələrə diqqət yetirməlidirlər? - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 min nəfər və ya 1,7% artıqdır.
Bununla yanaşı, bir ay əvvəl – iyulun 1-nə olan vəziyyətlə müqayisədə müzdla işləyənlərin sayı 900 nəfər azalıb.
Avqustuün 1-ə ölkədə işləyənlərin 897,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 821,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Ötən ilin eyni dövrü ilə müqayisədə dövləti sektorunda işləyənlərin sayı 7,9 min nəfər azalıb, qeyri-dövlət sektorunda çalışanların sayında isə 37,3 min nəfər artıb.
Son bir ayda isə dövlət sektortunda çalışanların sayında 3,7 min nəfər azalma var, əvəzində qeyri-dövlət sektorunda çalışanlar 2,8 min nəfər artıb.