Tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 21,9 faiz azalaraq 82,0 milyon manat təşkil edib.
FED.az Statistika Komitəsinə istinadən tikinti materiallarının istehsal dinamikasını təqdim edir.
2020-ci ilin yanvar-fevral aylarında 410,6 min ton sement istehsal edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,8% faiz azdır. Martın 1-nə olan məlumata görə, anbarlarda hazır məhsul ehtiyatı 68,5 min tondur.
İki ay ərzində 4,9 min ton tikinti gipsi istehsal edilib ki, bu da ötən illə müqayisədə 2,3 dəfə çoxdur. Martın 1-nə olan məlumata görə, hazır məhsul ehtiyatı 0,1 min tondur.
Ölkədə iki ayda 4,9 min ton tikinti əhəngi istehsal edilib ki, bu da ötən illə müqayisədə 14% azdır. Martın 1-nə olan məlumata görə, hazır məhsul ehtiyatı 3,5 min tondur.
Eyni dövrdə 10,9 min ton sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpicləri istehsal olunub. Bu da ötən illə müqayisədə 62% azdır. Martın 1-nə olan məlumata görə, hazır məhsul ehtiyatı 45,1 min tondur.
Cari ilin iki ayında 9,3 min kub metr betondan yığma tikinti konstruksiyaları istehsal edilib ki, bu da ötən illə müqayisədə 10,7% çoxdur. Martın 1-nə olan məlumata görə, hazır məhsul ehtiyatı 3,7 min kub metr olub.