Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan 6 623,3 mln. ədəd papiros və siqaretlər və 3 948,7 ton fermentləşdirilmiş tütün istehsal edib.
Eləcə də bax: Azərbaycan neftinin əsas idxalçılarının renkinqi - TOP-20
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin ilk on ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə fermentləşdirilmiş tütünün istehsalı 1,9% azalıb, papiros və siqaretlərin istehsalı isə 32,8% artıb.
Qeyd edək ki, kənd tәsәrrüfatı sektoru çərçivəsində 5 699 ton tütün istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,8% çoxdur. (Apa)