Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 7,158 mlrd. ABŞ dolları dəyərində 21 832 533,27 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 36,5%, həcm ifadəsində isə 6,1% azdır.
Eləcə də bax: Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu - 2% Azalıb
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin ilk 9 ayında Azərbaycan xam neftinin əsas idxalçısı İtaliya olub. Belə ki, hesabat dövründə İtaliya Azərbaycandan 3,08 mlrd. dollar dəyərində 8 446 361,37 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları idxal edib.
MDB ölkələri arasında Azərbaycan neftinin idxalında əsas pay sahibi Ukrayna olub. Bu ilin doqquz ayı ərzində Ukrayna Azərbaycandan 240,951 mln. dollar dəyərində 935 663,67 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları idxal edib.
# |
Ölkə |
Həcm, ton |
Məbləğ, mln. $ |
1 |
İtaliya |
8 446 361,4 |
3 082,59 |
2 |
Çin |
2 058 942,7 |
386,27 |
3 |
Xorvatiya |
1 307 990,7 |
368,42 |
4 |
Hindistan |
1 190 058,9 |
410,12 |
5 |
Yunanıstan |
1 144 149,1 |
403,69 |
6 |
İsrail |
983 863,5 |
380,39 |
7 |
Ukrayna |
935 663,7 |
240,95 |
8 |
İspaniya |
842 505 |
275,21 |
9 |
Almaniya |
552 072,6 |
199,17 |
10 |
Vyetnam |
518 793 |
132,70 |
11 |
Çexiya |
507 518,1 |
186,288 |
12 |
Belarus |
455 977,7 |
117,73 |
13 |
Tunis |
431 161 |
172,87 |
14 |
Portuqaliya |
343 829,9 |
130,73 |
15 |
Türkiyə |
324 712,4 |
132,16 |
16 |
Avstriya |
270 845,8 |
103 |
17 |
Tailand |
265 741,1 |
47,32 |
18 |
Malayziya |
239 034 |
59,92 |
19 |
Danimarka |
190 825,8 |
49,57 |
20 |
Böyük Britaniya |
183 781,8 |
60,56 |
(Apa)