Bu ilin ilk 8 ayında Azərbaycanın sement istehsalı artıb.
Eləcə də bax: Azərbaycanda tikinti materiallarının istehsalı 22%-dək artıb - CƏDVƏL
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.
Komitənin hesabatına əsasən, 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 2 mln. 329.6 min ton sement istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.8% çoxdur.
Komitədən bildirilir ki, 1 sentyabra olan hazır sement ehtiyatı 95 min ton təşkil edir.
Həmçinin, sement idxalında da artım var. Belə ki, cari ilin ilk 7 ayında ölkəyə 3 mln. 232.7 min dollar dəyərində 17 min 345.6 ton sement idxal olunub. Bu göstəricilər ötən ilin yanvar-iyul ayları ilə müqayisədə müvafiq olaraq 47.2% və 38.7% çoxdur.