Ötən ilin yekunlarına görə, Azərbaycanda sement istehsalı əvvəlki illə müqayisədə 8%-dək azalıb.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ötən il ölkədə 3 226,0 min ton sement istehsal edilib. Bu rəqəm 2019-cu illə müqayisədə 7,5% azdır.
Cari ilin yanvarın 1-nə ölkə anbarlarında 99 min ton hazır məhsul ehtiyatı olub ki, bu da illik ifadədə 27,2% çoxdur. (Apa)