2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 1413,9 min ton sement istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə sement istehsalı 1,2 min ton və ya 0,1% artıb.
2022-ci ilin yanvar may-aylarında bu göstərici 1412,7 min ton təşkil edib.
01.06.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 91,4 min ton olub.