2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 2 412,3 min ton sement istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə sementin istehsalı 82,7 min ton və ya 3,5% artıb.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 2 329,6 min ton təşkil edib.
2023-cü ilin 1 sentyabr tarixinə hazır məhsul ehtiyatı 62,1 min ton təşkil edib.
Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə 32,9 min ton yaxud 34,6% azdır.
2022-ci ilin 1 sentyabr tarixinə hazır məhsul ehtiyatı 95 min ton olub.