Azərbaycanda sementin qiymətində cüzi artım qeydə alınıb.
FED.az Dövlət Statistika Komitəsinin Hesabatına istinadən xəbər verir ki. 50 kq-lq bir kisə sement ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,18 manat artaraq, 8,44 manatdan 8,62-ə yüksəlib. Nəticədə 2,1% artım baş verib
Lakin aylıq qiymətlərlə müqayisədə geriləmə müşahidə olunub. Belə ki, ötən ay sementin qiyməti 8,68 manat təşkil edib. Bu da 0,06 manat və ya 0,6% ucuzlaşma deməkdir.