2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 4 327,9 min ədəd sair geyim istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər veir.
Belə ki, sair geyim istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 404,1 min ədəd və ya 8,5% azdır.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 4 732 min ədəd təşkil edib.
01.09.2023-cü il tarixinədək hazır məhsul ehtiyatı 906,3 min ədəd olub.
Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 949,1 min ədəd və ya 51,2% (2 dəfə) azdır.
01.09.2022-ci il tarixinədək hazır məhsul ehtiyatı 1 855,4 min ədəd olub.