Bu ilin yanvar-fevral aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə azalaraq 78,1 mln. manat təşkil edib.
Eləcə də bax: Bakıda restoranların dövriyyəsi - 9% Artıb
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 40,7%-i hüquqi şəxslərin, 59,3%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2,8 dəfə azalaraq 31,4 mln. manat olub. (Apa)