Bu ilin yanvar-iyun aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 53,8 % artaraq 650,9 milyon manat olub.
Eləcə də bax: Azərbaycanda orta aylıq əməkhaqqı - 14% ARTIB
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,9 %-i hüquqi şəxslərin, 50,1 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 1,6 dəfə artaraq 322,1 milyon manat olub. (Report)