Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 2020-ci ilin mart ayından başlayaraq turizm sektorunun əsas elementlərindən biri olan iaşə müəssiələrinin fəaliyyətində yaranmış tənəzzül hələ də davam etməkdədir.
Eləcə də bax: Azərbaycanda ötən ay geyim və ayaqqabı satışları artıb
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bildirilir ki, bu ilin yanvar-fevral aylarında ictimai iaşə dövriyyəsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə azalaraq 78,1 milyon manat olub.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 40,7 %-i hüquqi şəxslərin, 59,3 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2,8 dəfə azalaraq 31,4 milyon manat olub. (Report)