Bu ilin yanvar-mart aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azalaraq 138 milyon manat olub.
Eləcə də bax: Azərbaycanda restoranların dövriyyəsi - 2,9 Dəfə Azalıb
Bu barədə FED.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.
Məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,6 %-i hüquqi şəxslərin, 58,4 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.
Hüquqi şəxslər üzrə dövriyyənin dəyəri 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2 dəfə azalaraq 56,8 milyon manat olub. (Report)