2023-cü ilin yanvar-noyabr aylarında ictimai iaşə dövriyyəsi 1819,5 milyon manat olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 17,3 faiz çoxdur.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,5 faizi hüquqi şəxslərin, 49,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 18,3 faiz artaraq 910,1 milyon manat olub.