Bu ilin yanvar-avqust aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 15,4% artaraq 547,9 mln. manat olub.
Eləcə də bax: COVID-19 pasportunun olması tələbi hotel və restoranların işinə - Necə Təsir Edib?
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,7%-i hüquqi şəxslərin, 49,3%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 27,3% artaraq 275,2 mln. manat olub.(Apa)