2024-cü ilin yanvar-iyul aylarında ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,2 faiz artaraq 1244,6 milyon manat olub..
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1 faizi hüquqi şəxslərin, 48,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 9,6 faiz artaraq 630,5 milyon manat olub.