2024-cü ilin yanvar-iyul ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 milyard 508,2 milyon manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Onun da 3 milyard 671,4 milyon manatı heyvandarlıq, 3836,8 milyon manatı bitkiçilik məhsullarının payına düşür.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 0,8%, o cümlədən heyvandarlıq məhsulları üzrə 1,5%, bitkiçilik məhsulları üzrə 0,2% artıb.