2022-ci ilin yanvar-may aylarında Azərbaycanda 1116,7 kiloqram qızıl istehsal edilib.
Eləcə də bax: Neft Fondu qızılın bahalaşmasından 2,7 milyard manat - GƏLİR ƏLDƏ EDİB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hhesabatına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 22,7% azdır.
Bu dövrdə gümüş istehsalı 21% artaraq 2494,9 kiloqrama bərabər olub. Ümumilikdə qiymətli metal filizləri və konsentratlarının istehsalı 3% artaraq 3611,6 kiloqram təşkil edib. (Apa)