2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 599,5 ton qızıl istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qızıl istehsalı 116,3 ton və ya 16,2% azalıb.
2023-cü ilin yanvar-aprel aylarında bu göstərici 715,8 ton təşkil edib.
01.05.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 192,7 ton təşkil edib ki, bu da illik müqayisədə 95,1 ton və ya 97% çoxdur.
Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 97,6 ton olub.