2024-cü ilin yanvar-may aylarında Azərbaycanda 792 ton qızıl istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qızıl istehsalı 94,6 ton və ya 10,7% azalıb.
2023-cü ilin yanvar-may aylarında bu göstərici 886,6 ton təşkil edib.
01.06.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 204,5 ton təşkil edib ki, bu da illik müqayisədə 21,1 ton və ya 11,5% çoxdur.
Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 183,4 ton olub.