2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycan 120 milyon 730 min dollar dəyərində 108 min 118 ton pomidor ixrac edib.
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən pomidorun dəyəri 4,8% və ya 6 milyon 138 min dollar azalıb, miqdarı isə 2,2% və ya 2 min 338 ton artıb.
2022-ci ilin ilk 6 ayında Azərbaycandan 126 milyon 868 min dollar dəyərində 105 min 780 ton pomidor ixrac edilib.
Bir ton pomidorun ixrac qiyməti 2022-ci ilin 6 ayında 1199 dollar ikən, 2023-cü ilin 6 ayında 1117 dollar olub.
Meyvə-tərəvəzin orta ixrac qiyməti son bir ildə 83 dollar, başqa sözlə 6,9% aşağı düşüb.
Xatırladaq ki, cari ilin yanvar-iyun aylarında pomidor ümumi ixracda xüsusi çəkisi 0.67%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 6,81%-ə bərabər olub.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.