2020-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 21,4 mlrd. manatlıq, o cümlədən 11,5 mlrd. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,9 mlrd. manatlıq qeyri-ərzaq malları satılıb.
Eləcə də bax: «Supermarketlərin xərci birə-beş artıb - Həftədə 2 Ton Spirt Alırıq» - MÜSAHİBƏ
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,1%, o cümlədən qeyri-ərzaq malları üzrə 7,5% azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,2% artıb. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 2 dəfə çox olub.
2020-ci ilin yanvar-iyul aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,6%-i ərzaq məhsullarının, 5,2%-i içkilər və tütün məmulatlarının, 14,1%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4%-i elektrik malları və mebellərin, 5,4%-i avtomobil benzini və dizel yanacağının, 1,8%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,7%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub. (Apa)