Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Biznes

  1. Ana səhifə
  2. Biznes
  1. Biznes

«Supermarketlərin xərci birə-beş artıb - Həftədə 2 Ton Spirt Alırıq» - MÜSAHİBƏ

«Supermarketlərin xərci birə-beş artıb - Həftədə 2 Ton Spirt Alırıq» - MÜSAHİBƏ | FED.az
08:56 5 Avq 2020

Azərbaycanın ticarət şəbəkələri hökumətdən yeni güzəştlər istəmək niyyətindədirlər.

FED.az xəbər verir ki, yeni yaradılmış və sıralarında iri ticarət şəbəkələrini birləşdirən «Ticarət şəbəkələri» İctimai Birliyi bununla bağlı hökumətə müraciət edib.

Eləcə də bax: Əhali karantində marketlərdən razı qalıbmı? – MƏLUM OLUB

Güzəştlərin bir hissəsi ticarət sahəsində çalışan işçilər üçün sosial sığorta haqlarının azaldılmasına, eləcə də COVİD-19 virusu ilə mübarizəyə aiddir.

Tticarət şəbəkələrinin planları ilə bağlı FED.az-ın suallarını «Ticarət şəbəkələri» İctimai Birliyinin sədri Samir Abdullayev cavablandırıb.

- Samir müəllim, yeni yaranan təşkilatın üzvləri kimlərdir?

- Mağaza sayına görə ölkədəki iri market şəbəkələri üzvlərdir. «Rahat», «Araz» supermarketlər şəbəkəsi, «Bazarstore» artıq üzvlərimizdir. Yaxın vaxtlarda «Bravo» və başqaları da təşkilata qoşulacaq. Hazırda 4 böyük şəbəkədən 3-ü artıq Assosiasiyanın üzvüdür.

- Ticarət şəbəkələri Assosiasiyası tndi hansı məsələləri həll etmək niyyətindədir, gündəmdə olan məsələlər hansılardır?

- Gündəmdə olan məsələləri ilk toplantıda dəqiqləşdirəcəyik. Əsas məsələlər «Covid-19»la bağlıdır və ilk iclasda onun gətirdiyi çətinliklər və tədbirlər müzakirə ediləcək. Müzakirə edəcəyik ki, hansı məsələləri özümüz edə bilərik, hansıları isə dövlətdən dəstək almalıyıq. Çünki hamı fəaliyyətini dayandıranda bizim ticarət şəbəkələrimiz işləyirdi. Bundan başqa, işçilərin sosial müdafiəsi üçün hansı addımların atıla biləcəyini dəqiqləşdiririk. Nəhayət, digər məsələ sahədə çalışan işçilərin attestasiyasıdır.

- Təşkilata üzv olan şirkətlərin işçi sayı nə qədərdir?

- Üzv şəbəkələrin işçi sayı 12 minə yaxındır.

- Bildirdiniz ki, təşkilat üzvləri dövlət dəstəyini də müzakirə edəcək. Dövlət dəstəyi dedikdə nə nəzərdə tutursuz, hansısa Vergi güzəşti?

- Vergi güzəşti də ola bilər, söhbət təkcə maliyyə dəstəyi deyil, bəzi qanunlardan da gedir. COVID-lə bağlı üzərimizə həddən artıq çox yük düşüb. Bəzi tələbləri, hansı ki, mənasızdır, dəyişmək lazımdır.

- Samir müəllim, əksər bizneslərin dayandığı bir vaxtda ərzaq mağazaları işləyib və indi də işləyir. Kənardan belə görünür ki, ticarət şəbəkələrinin vəziyyəti digərlərindən daha yaxşı olmalıdır.

- Xeyr, vəziyyət göründüyü kimi deyil. Əvvəla dövriyyəmiz artmayıb. Bəzi günlər satış olmadı, sonra bərpa edildi, daha sonra ümumiyyətlə işləmədik. Yəni aylıq götürəndə satışda böyük artım yoxdur, kim nə qədər yeyirdisə indi də o qədər yeyir, qida sektorudur, belə ciddi artım yoxdur.

Əvəzində bu dövrdə xərclərimiz birə beş artıb. Əvvəla, nəqliyyyatın qadağan edilməsi - heç bir nəqliyyat yox idi və işçilərin hamısını taksi ilə aparıb-gətirməli olurduq. Nəqliyyat, maska, dezinfeksiya kimi əlavə xərclər ortaya çıxıb.

Təsəvvür edin, təkcə «Rahat market» şəbəkəsindən gündə 100 min insan keçir və təkcə onların əllərini dezinfeksiya etmək üçün həftədə iki ton spirt alırıq.

- Koronavirusdan əlavə, ticarət müəssisələrini indi başqa hansı problemlər narahat edir?

COVİD-dən başqa ticarət şəbəkələri qarşısında əsas problemlərdən biri vergi ilə bağlıdır.

Vergi qanunvericiliyi ilə bağlı bizi məsələlər var və bununla bağlı bir sıra təkliflər hazırlamışıq. Həmin təklifləri İqtisadiyyat Nazirliyinə təqdim etmişik.

- Bunlar nə təkliflərdir?

- Bəzi məsələlərin yüngülləşdirilməsini istəyirik. Məsələn, bəzim ticarət şəbəkəloərində işləyən insanların yaş həddi 25 yaşa qədərdir, amma pensiya fonduna sosial ayırmaların məbləği böyükdür. İstəyirik ki, burada müəyyən güzəşt olunsun ki, həm işçilərin sosial müdafiəsi mümkün olsun, həm də daha hazırlıqlı kadrları cəlb edə bilək.

- İndi sosial ödəmələr 25%-dir. Bunun hansı dərəcəyə endirilməsini təklif edirsiniz?

- Bu yüksək dərəcə və böyük məbləğdir. Təklif edirik ki, bu faizlər aşağı salınsın. Çünki biz işə cavan adamları cəlb edirik, və həmin vəsaiti (yəni dərəcənin aşağı salınmasından əldə edilən vəsaiti – FED.az) yönəldərik həmin işçilərin əmək haqqına. Fikrimizcə bu addım cavanları işlə təmin etməyə çox böyük kömək edər. 

- Sosial ödəmənin azaldılmasının cavan işçilərlə nə əlaqəsi var?

- Bilirsiniz, ticarət şəbəkələrinə daha çox gənc işçiləri dəvət edirik. Marketlərdə işləmək istəyən 50-60 yaşdan yuxarı adamlar kifayət qədər çoxdur. Amma ama biz həmin yaşlı adamlarda həmin effekti ala bilmirik. İşə daha çox cavanları cəlb edirik. Gənc işçilər də bizim əmək şhaqları maraqlı olmalıdır. Bizdə o qədərdə yüksək əmək haqqı yoxdur. Dərəcələr aşağı düşərsə, əldə etdiyimiz məbləği onların maaşlarının üzərinə yönəldərik. Ümumiyyətlə, bununla bağlı 4-5 təklif var. Bu barədə müzakirələrdən sonra geniş məlumat verə bilərik.

- İşçilərin ümumi attestasiyacı ilə bağıl nə təklifiniz var?

- Ticarət şəbəkələrinin əsas problemlərindən biri biri işçilərin peşəkar səviyyəsi ilə bağlıdır. Yeni işçilər pərakəndə ticarəti bilmirlər, elə bir məktəb və tədris ocağı da yoxdu ki, onları hazırlaşdırsın.

Ona görə də, bəzim təşkilat ticarət şəbəkələrində çalışan işçilərin ümumi attestasiyası, sertifikatlaşması, icazə verilməsi kimi məsələlərlə də məşğul olacaq.

Biz elə bir mərkəz qurmaq istəyirik ki işçilərdə elə bir yerin serifikatı olsun ki, hamı görəndə inansın ki, bu insan burada təhsil alıb və lazımi biliklərə malikdir.

-  Hazırda Azərbaycanda Peşə Təhsili üzrə Dövlət Agentliyi var. Ola bilər ki, bu məsələyə onlar da cəlb edilsin?

- Biz bu barədə müzakirə edəcəyik. Ancaq bundan sonra dəqiq nəsə demək olar. Elə məsələlər var ki, oturub müzakirə etmək lazımdır.

- Samir müəllim, satış şəbəkələri arasında gəlir marjası ilə bağlı koordinasiya olunmuş siyasət, məsələn eyni qiymət siyasəti aparılması ehtimalı varmı?

- Xeyr, belə ideya ümumiyyətlə nəzərdə tutulmur. Assosiasiya ictimai təşkilatdır və şəbəkələrin ümumi problemlərinin müzakirəsi üçün nəzərdə tutulub. Biz bazar iqtisadiyyatındayıq, eyni siyasət yürütmək mümkün deyil və bu düzgün də olmazdı.

Əsas problemlərimizin qarşısında biz birik, amma ümumilikdə biz yenə də rəqibik. 

Banner
Banner
  • Supermarket
  • xərc
  • Həftə
  • Spirt
  • «Ticarət şəbəkələri»
  • Samir Abdullayev
Paylaş

Digər xəbərlər

Ombudsman qadın sahibkarlar üçün - VERGİ GÜZƏŞTLƏRİ İSTƏYİB
Biznes 8 Fev 2023
Ombudsman qadın sahibkarlar üçün - VERGİ GÜZƏŞTLƏRİ İSTƏYİB
Azərbaycanda şirkətlərin səhmlərinin 51%-nə sahib əcnəbilərdən iş icazəsi - TƏLƏB OLUNMAYACAQ
Biznes 8 Fev 2023
Azərbaycanda şirkətlərin səhmlərinin 51%-nə sahib əcnəbilərdən iş icazəsi - TƏLƏB OLUNMAYACAQ
Azərbaycanda iki aydır yaradılan şirkətin kapitalı - 10 Milyon Manata Qaldırıldı
Biznes 8 Fev 2023
Azərbaycanda iki aydır yaradılan şirkətin kapitalı - 10 Milyon Manata Qaldırıldı
İrşaddan  Türkiyə AFAD-a dəstək
Biznes 7 Fev 2023
İrşaddan Türkiyə AFAD-a dəstək
ABŞ şirkətlərinin 20 faizi işçilərini - İXTİSAR EDƏ BİLƏR
Biznes 7 Fev 2023
ABŞ şirkətlərinin 20 faizi işçilərini - İXTİSAR EDƏ BİLƏR
Azərbaycanda eyni şəxsə məxsus 3 şirkət - LƏĞV EDİLİR
Biznes 6 Fev 2023
Azərbaycanda eyni şəxsə məxsus 3 şirkət - LƏĞV EDİLİR
Azərbaycanda ödənişsiz biznes təlimlər imkanı - VİDEOLAR
Biznes 6 Fev 2023
Azərbaycanda ödənişsiz biznes təlimlər imkanı - VİDEOLAR
Azərbaycan Biznes Partnyorları Klubu - YARADILDI
Biznes 6 Fev 2023
Azərbaycan Biznes Partnyorları Klubu - YARADILDI
«100 milyon sərmayə qoyub bir otel tikirik, o pul nə vaxt qayıdacaq? Amma həmin pulu kənd təsərrüfatına sərf etmək olar» - MÜSAHİBƏ
Biznes 6 Fev 2023
«100 milyon sərmayə qoyub bir otel tikirik, o pul nə vaxt qayıdacaq? Amma həmin pulu kənd təsərrüfatına sərf etmək olar» - MÜSAHİBƏ
Vüqar Bayramov: "Biznesləri mediada reklam verməyə təşviq etmək lazımdır"
Biznes 6 Fev 2023
Vüqar Bayramov: "Biznesləri mediada reklam verməyə təşviq etmək lazımdır"
Vüqar Bayramov: "Yazılı mediaya reklam verən şirkətlərə güzəşt tətbiq olunmalıdır"
Biznes 6 Fev 2023
Vüqar Bayramov: "Yazılı mediaya reklam verən şirkətlərə güzəşt tətbiq olunmalıdır"
Marketlər polietilen torbaları müştərilərə neçəyə satacaq? - VİDEO
Biznes 4 Fev 2023
Marketlər polietilen torbaları müştərilərə neçəyə satacaq? - VİDEO
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Vergi orqanlarında işə qəbul olunmaq istəyən namizədlər üçün - MÜSABİQƏ YEKUNLAŞIB
    16:35 9 Fev 2023
  • 7 milyon manata zavod tikilir - İŞLƏRİN 90%-İ YEKUNLAŞIB
    16:21 9 Fev 2023
  • Dövlət qurumu elektrik naqilləri və kabelləri alır - TENDER ELANI
    16:18 9 Fev 2023
  • “Azərpoçt” vasitəsilə 2 gündə Türkiyəyə - 255 MİN DOLLAR GÖNDƏRİLİB
    16:16 9 Fev 2023
  • Dövlət qurumu 10 000 nəfərə təlim xidməti alır - TENDER ELANI
    16:09 9 Fev 2023
  • Bakıda «Bolt Food»la ən çox sifariş olunan yemək - LAVAŞDA ŞAURMADIR - 96 MİN DƏFƏ – BİR DƏFƏYƏ 37 YEMƏK DAŞINIB
    16:07 9 Fev 2023
  • “Atəşgah” və “Atəşgah Həyat” Sığorta Şirkətlərində - YENİ TƏYİNAT
    16:03 9 Fev 2023
  • Azərbaycanda Bolt sürücüsünə 267 manat bəxşiş verilib - 1 nəfər il ərzində 1755 dəfə istifadə edib
    15:54 9 Fev 2023
  • Azərbaycan Televiziyası –TENDER ELAN ETDİ
    15:47 9 Fev 2023
  • Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ
    15:44 9 Fev 2023
  • "Aktif Elektrik" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    15:36 9 Fev 2023
  • Dövlət Xidməti uyğunluğu qiymətləndirən qurumların fəaliyyətinə - NƏZARƏTİ GÜCLƏNDİRİB
    15:35 9 Fev 2023
  • Türkiyədə zəlzələdə ölənlərin sayı - 14 351 NƏFƏRƏ ÇATIB
    15:30 9 Fev 2023
  • "5A Construction" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    15:29 9 Fev 2023
  • Prezident İTV-yə 940 500 manat ayırdı - SƏRƏNCAM
    15:24 9 Fev 2023
  • “Qızıl Ulduz 2001” şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    15:23 9 Fev 2023
  • Türkiyəyə yardım edən Azərbaycan şirkətləri və şəxsləri – SİYAHI, MƏBLƏĞLƏR, YENİLƏNİR
    15:16 9 Fev 2023
  • Kliniki Tibbi Mərkəz - TENDER ELAN ETDİ
    15:14 9 Fev 2023
  • Təhsil Tələbə Krediti Fondu - TENDER ELAN ETDİ
    15:08 9 Fev 2023
  • “Xalq Bank”ın əməkdaşlarından Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə - DƏSTƏK
    15:07 9 Fev 2023
  • Dövlət Xidməti 2022-ci ilin yekunlarına dair - Mətbuat Konfransı Keçirib
    15:03 9 Fev 2023
  • Yelo Bank Türkiyəyə ianə köçürmələrini - KOMİSSİYASIZ ETDİ
    14:56 9 Fev 2023
  • Azərpambıq Aqrar Sənaye Kompleksi – TENDER ELAN ETDİ
    14:53 9 Fev 2023
  • İndiyədək Bakıdan Türkiyəyə - 35 TIR YARDIM GÖNDƏRİLİB
    14:50 9 Fev 2023
  • BP-Azərbaycan 2022-ci ilin nəticələrini açıqladı – TAM HESABAT
    14:49 9 Fev 2023
  • Dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə daxil olan - VƏSAİT ARTIB
    14:45 9 Fev 2023
  • Daha 5 şirkətə “Startap” - ŞƏHADƏTNAMƏSİ VERİLDİ
    14:34 9 Fev 2023
  • Mərkəzi Banka korporativ idarəetmə standartları ilə bağlı yeni layihə - TƏQDİM EDİLİB
    14:31 9 Fev 2023
  • Ərdoğan: "Türkiyədə zəlzələdə ölənlərin sayı 14 014 nəfərə çatıb"
    14:27 9 Fev 2023
  • Dövlət Neft Fondu – TENDER ELAN ETDİ
    14:24 9 Fev 2023
  • “Azərpoçt” zəlzələdən zərərçəkənlərə - YARDIM QƏBULUNA BAŞLADI - SİYAHI
    14:21 9 Fev 2023
  • bp şirkətində işləyən Azərbaycan vətəndaşlarının - SAYI ARTIB
    14:16 9 Fev 2023
  • bp-Azərbaycandan 2022-ci ilin yekunları üzrə - HESABAT
    14:13 9 Fev 2023
  • Dövlət qurumu icarəyə götürmək üçün - ANBAR AXTARIR - TENDER
    14:12 9 Fev 2023
  • Qarabağda icarəsinə icazə verilən torpaqların sahəsi - AÇIQLANIB
    14:08 9 Fev 2023
  • Tərcümə xidmətlərinin alınması ilə bağlı - TƏKLİFLƏR SORĞUSU
    14:05 9 Fev 2023
  • Elxan Əsədov: "Binaların panelləri, zirzəmidə bünövrələr dağıdılıb. Ən böyük bəlamız budur"
    13:25 9 Fev 2023
  • “Norm” Türkiyəyə 1.600,000 TL dəyərində - HUMANİTAR YARDIM GÖNDƏRİB
    13:21 9 Fev 2023
  • Müdafiə Nazirliyi Türkiyəyə yardım göndərib - FOTOLAR
    13:16 9 Fev 2023
  • Azərbaycanda 4 auditor təşkilatının - FƏALİYYƏTİ DAYANDIRILIB
    13:12 9 Fev 2023
  • İnvestisiya Holdinqi: "Azərbaycan Beynəlxalq Bankı"nın özəlləşdirilməsi gündəmdə deyil"
    13:06 9 Fev 2023
  • Qar kəsiləcək - SABAHIN HAVA PROQNOZU
    13:02 9 Fev 2023
  • Azərbaycanda səhmdar cəmiyyətlərin - 94%-İ ÖZƏLLƏŞDİRİLİB
    12:56 9 Fev 2023
  • MTN generalının bu əmlakları - ÖZÜNƏ QAYTARILDI
    12:48 9 Fev 2023
  • Dəftərxana və təsərrüfat xərcləri ilə bağlı - TENDER ELANI
    12:47 9 Fev 2023
  • "Azercell"dən Türkiyəyə dəstək məqsədilə - İANƏ İMKANLARI
    12:42 9 Fev 2023
  • Onlayn işləyənlərdən vergi tutulmaması - TƏKLİF EDİLİB
    12:37 9 Fev 2023
  • Dövlət qurumu 9 avtomobil üçün 531 min manat ödəyəcək - TENDER NƏTİCƏSİ
    12:35 9 Fev 2023
  • Valyuta hərracı keçirildi - NƏTİCƏ
    12:33 9 Fev 2023
  • "Köç dalğası yaşanarsa, Azərbaycanın Miqrasiya Məcəlləsinə yenidən baxıla bilər"
    12:28 9 Fev 2023
  • "Təmiz Həyat" məhkəməyə verildi - SƏBƏB
    12:21 9 Fev 2023
  • “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun - Həbs Müddəti Uzadılıb
    12:18 9 Fev 2023
  • "Best Supply Company" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    12:14 9 Fev 2023
  • Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları - 25%-DƏN ÇOX ARTIB
    12:13 9 Fev 2023
  • Qazaxıstan “Xəzər Düyünü” - Konteyner Qovşağı Tikəcək
    12:08 9 Fev 2023
  • Dövlət Vergi Xidmətinin geyim formalarının yeni tələbləri - MÜƏYYƏN EDİLİB
    12:01 9 Fev 2023
  • Dövlət Agentliyi binalarda zəlzələyədavamlılıqla əlaqədar - ÇAĞIRIŞ EDİB
    11:54 9 Fev 2023
  • "Buta Farm" iki maddə üzrə - MƏHKƏMƏYƏ VERİLİB
    11:46 9 Fev 2023
  • Torpaqların icarəsi ilə bağlı - 480 MÜRACİƏTƏ MÜSBƏT CAVAB VERİLİB
    11:46 9 Fev 2023
  • “SOCAR Türkiyə” zəlzələ baş verən vilayətlərdə pulsuz yanacaqla təmin edən - YDM-LƏRİN SAYINI ARTIRIB
    11:41 9 Fev 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!