Azərbaycanda parketin qiymətində son bir illə müqayisə də yüksək bahalaşma qeydə alınıb. Belə ki, ötən ilin noyabr ayında 1 kv.m parket 23,13 manat təşkil edib.
FED.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu ilin noyabr ayında isə qiymətlər 14,18 manat və ya 61,3% yüksələrək 37,31 manat təşkil edib. Aylıq müqayisədə heç bir dəyişiklik baş verməyib, qiymətlər olduğu kimi qalıb.
Laminat parketlər isə ötən ildən bu yana 15,99 manatdan 17,54 manata yüksəlib. Nəticədə 1,55 manat və ya 9,7% artım baş verib.
Ötən ayla müqayisədə isə 5 qəpik və ya 0,2% artım qeydə alınıb. Ötən ay 1 kv.m laminat parket 17,49 manat təşkil edib.