Azərbaycanda kərpicin qiymətində son bir illə müqayisə də cüzi ucuzlaşma qeydə alınıb.
FED.az Dövlət Statistika Komitəsinin Hesabatına istinadən xəbər verir ki, ötən ilin noyabr ayında 1 ədəd kərpic 43 qəpik təşkil edib. Bu ilin noyabr ayında isə qiymətlərdə 3 qəpik və ya 6,9% enmə müşahidə olunub. Cari ilin noyabr ayında 1 ədəd kərpic 40 qəpik təşkil edib. Lakin ötən ayla müqayisədə 1 qəpik və ya 2,5% artım qeydə alınıb. Ötən ay bir ədəd kərpic 39 qəpik təşkil edib.