Bu ilin yanvar-fevral aylarında Azərbaycanda fermentləşdirilmiş tütün məhsullarının istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 50 % azalaraq 214 tona enib
FED.az bu barədə "report"-a istinadən xəbər verir.
Məlumata görə, ötən il Azərbaycanda papiros və siqaretlərin istehsalı 2 mlrd 334,7 mln ədəd təşkil edib ki, bu da, illik müqayisədə 2,4 dəfə çoxdur.
Hesabat dövrünə Azərbaycanın hazır məhsul ehtiyatı fermentləşdirilmiş tütün üzrə 1 306,2 ton (2,1 dəfə çox), papiros və siqaretlər üzrə isə 253,7 milyon ədəd (4,2 dəfə çox) təşkil edib.