2020-ci il ərzində Azərbaycanda 129 min yeni iş yerləri açılıb ki, yaradılmış iş yerlərinin 54,9%-i qeyri-dövlət sektorunun payına düşüb.
Eləcə də bax: Gələn il Azərbaycanda 30 minə yaxın - İş Yeri Açılacaq
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Qeyd olunur ki, yeni iş yerlərinin 69,3%-i Bakı şəhərinin, 0,7%-i Naxçıvan Muxtar Respublikasının, 30%-i digər regionların, o cümlədən 8,4%-i Aran, 6,6%-i Lənkəran, 6%-i Gəncə-Qazax, 2,4%-i Abşeron, 2%-i Dağlıq Şirvan, 1,5%-i Şəki-Zaqatala, 1,5%-i Yuxarı Qarabağ, 1,4%-i Quba-Xaçmaz, 0,2%-i isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.
Hesabatda qeyd olunur ki, yeni açılmış iş yerlərinin 6,2%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 74,8%-i mövcud müəssisə və təşkilatlarda, 0,3%-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 18,7%-i isə digər tədbirlər üzrə yaradılıb.
Ötən il hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 29%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 22,2%-i tikinti, 12,8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1%-i emal sənayesi, 5,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 3,6%-i peşə, elmi və texniki fəaliyyət, 2,9%-i təhsil, 2,1%-i nəqliyyat və anbar təsərrüfatı, 10,1%-i isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.
"Bununla yanaşı, 2020-ci il ərzində ölkədə 20,1 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 28,1%-i qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 20,4%-i müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 79,6%-i isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb", - hesabatda qeyd olunub. (Apa)