2021-ci illə müqayisədə 2022-ci ildə əhalinin gəlirləri nominal ifadədə 20,5 faiz artaraq 68,9 milyard manat olmuşdur.
Son 1 ildə Azərbaycanda orta aylıq əməkhaqqı - 15% ARTIB
FED.az Dövlət Statistika Komitəsinin illik hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2021-ci illə müqayisədə 13,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19,5 faiz, qeyri-ərzaq malları üzrə 8,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 10,4 faiz təşkil etmişdir.
2022-ci ilin yanvar-noyabr aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,6 faiz artaraq 829,9 manata çatmışdır.