2023-cü ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci illə müqayisədə real ifadədə 14,0 faiz artaraq 11 milyard 411,6 milyon manat olub.
FED.az bu barədə Dövlə Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Hüquqi şəxslər tərəfindən əhaliyə 8 milyard 652,1 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,8 faizini təşkil edib.
2023-cü ildə hər bir ölkə sakini orta hesabla 1 milyard 123,9 manatlıq və ya 2022-ci illə müqayisədə nominal ifadədə 204,8 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.