2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda 458 ədəd stolüstü kompüter istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu əvvəlki illə müqayisədə 183 ədəd və ya 28,5% azdır.
2023-cü ilin yanvar-mart aylarında 641 ədəd kompüter istehsal edilmişdi.
Qeyd edək ki, hesabat dövründə noutbuk istehsalı 3 dəfə artaraq 801ədəd təşkil edib.