2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 1759,4 milyon manat dəyərində neft məhsulları istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə neft məhsullarının istehsalı 393,9 milyon və ya 28,8% artıb.
2022-ci ilin yanvar-may aylarında bu göstərici 1365,5 milyon manat təşkil edib.