2020-ci il dekabrın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 40,2 min nəfər və ya 2,4% artaraq 1 684,5 min nəfər olub.
Eləcə də bax: Azərbaycan sənayesinin qeyri-neft sektorunda məhsul istehsalı ötən il - 12,5% Artıb
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onlardan 917,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 766,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,7%-i təhsil, 18,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2%-i sənaye, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,8%-i tikinti, 6,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 13,1%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
Qeyd edək ki, 2020-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,9% artaraq 703,5 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. (Apa)