Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ildə 37 058,9 mln. manatlıq və ya 2019-cu ilin göstəricisi ilə müqayisədə 5% az sənaye məhsulu istehsal edilib.
Eləcə də bax: 2020-ci ildə Azərbaycanın makroiqtisadi - Göstəriciləri
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövrü sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 12,5% artaraq, 11 681 mln. manat təşkil edib. (Apa)