Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2024-сü ilin yanvar ayında 94,8 milyon manatlıq məhsul istehsal olunub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Metallurgiya sənayesi məhsullarının istehsalında 48,7 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 18,3 faiz artım müşahidə olunub.
2024-сü ilin yanvar ayında metallurgiya sənayesi üzrə alüminium məmulatlarının istehsalı 2,9 dəfə, armatur istehsalı 30,1 faiz, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə isə metaldan konstruksiyaların istehsalı 3,9 faiz artıb.