2024-cü ilin yanvar ayı üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 491,2 milyon manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Onun da 468,5 milyon manatı heyvandarlıq, 22,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
Əvvəlki ilin müvafiq ayı ilə müqayisədə kənd təsərrüfatının istehsalı 1,2 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 1,2 faiz, bitkiçilik məhsulları üzrə 0,8 faiz artıb