2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 305,4 milyon manat dəyərində metallurgiya sənayesi malları istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə metallurgiya istehsalı 195,2 milyon və ya 39,0% azalıb.
2022-ci ilin yanvar-may aylarında bu göstərici 500,6 milyon manat təşkil edib.