2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 69,4 milyon manat dəyərində kağız və karton istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə kağız və karton istehsalı 12,2 milyon və ya 21,3% artıb.
2022-ci ilin yanvar-may aylarında bu göstərici 57,2 milyon manat təşkil edib.