2023-cü il dekabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 249,2 min nəfər olmuş, onlardan 4 milyon 962,6 min nəfərini məşğul, 286,6 min nəfərini (5,5%-ni) işsiz əhali təşkil edib.
Azərbaycanda ən çox işsiz olan - ŞƏHƏR/RAYONLAR - SİYAHI (01.10.2023)
FED.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.
Qeyd edilib ki, cari il noyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 729,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 896,9 min nəfər, qeyri-dövlət sektorunda isə 832,5 min nəfər təşkil edib.
İqtisadiyyatın neft-qaz sektorunda 31,5 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 697,9 min nəfər çalışıb.