2023-cü il noyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 230,7 min nəfər olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir,
Onların 38,6 faizini qadınlar təşkil edib.
İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 429,2 manat olub.
FED.az ən çox işsiz əhalisi olan şəhərlərin, rayonların ilk 10-luğunu hazırlayıb.
Ən çox işsiz şəxslərin sayı Bakıda qeydə alınıb. Belə ki, paytaxtda işsizlərin sayı 40 070 nəfər təşkil edib.
İkinci yerdə Ağdam rayonu qərarlaşıb ki, bu rayonda 7 540 nəfər işsiz var.
Şəmkir rayonunda 5 883, Sumqayıt şəhərində 5 334, Göyçay rayonu 5 302 nəfər nəfər işsiz qeydə alınıb..
Lənkəran rayonu üzrə işsizlərin sayı 5 275 nəfər, Quba da 5 138, Zaqatala rayonunda 5 114 nəfər təşkil edib.
Şəki rayonunda qeydə alınan işsizlərin sayı 4 765 nəfərdir.
Ölkənin ikinci ən böyük şəhəri olan Gəncə şəhərində 4 374 nəfər işsiz qeydiyyata alınıb.
Ən az işsiz əhalisi olan rayonlar isə 38 nəfərlə Şahbuz, 46 nəfərlə Sədərək rayonu, 64 nəfərlə Kəngərli rayonu, 86 nəfərlə Ordubad rayonu, 110 nəfərlə Şərur rayonu, 114 nəfərlə Culfa, 186 nəfərlə Babək rayonları olub. Naxçıvan şəhərində isə 202 nəfər işsiz şəxs kimi qeydiyyata alınıb.
Rayonlar |
Qeydiyyata alınmış işsiz şəxslərin sayı, nəfər |
Ölkə üzrə – cəmi |
230 707 |
Bakı şəhəri – cəmi |
40 070 |
Ağdam rayonu |
7 540 |
Şəmkir rayonu |
5 883 |
Sumqayıt şəhəri |
5 334 |
Göyçay rayonu |
5 302 |
Lənkəran rayonu |
5 275 |
Quba rayonu |
5 138 |
Zaqatala rayonu |
5 114 |
Şəki rayonu |
4 765 |
Gəncə şəhəri |
4 374 |
Qəbələ rayonu |
4 205 |
Kəlbəcər rayonu |
4 135 |
Sabirabad rayonu |
4 133 |
Abşeron rayonu |
4 126 |
Cəlilabad rayonu |
4 022 |
Füzuli rayonu |
3 986 |
Tovuz rayonu |
3 962 |
Bərdə rayonu |
3 882 |
İmişli rayonu |
3 869 |
Balakən rayonu |
3 801 |
İsmayıllı rayonu |
3 790 |
Gədəbəy rayonu |
3 665 |
Xaçmaz rayonu |
3 641 |
Laçın rayonu |
3 563 |
Goranboy rayonu |
3 523 |
Qazax rayonu |
3 480 |
Salyan rayonu |
3 417 |
Tərtər rayonu |
3 282 |
Qax rayonu |
3 029 |
Şamaxı rayonu |
2 983 |
Kürdəmir rayonu |
2 965 |
Masallı rayonu |
2 906 |
Oğuz rayonu |
2 799 |
Şirvan şəhəri |
2 795 |
Astara rayonu |
2 659 |
Ağstafa rayonu |
2 608 |
Ağcabədi rayonu |
2 552 |
Cəbrayıl rayonu |
2 404 |
Yevlax rayonu |
2 402 |
Ağdaş rayonu |
2 398 |
Göygöl rayonu |
2 355 |
Qusar rayonu |
2 393 |
Neftçala rayonu |
2 363 |
Samux rayonu |
2 354 |
Biləsuvar rayonu |
2 348 |
Ağsu rayonu |
2 346 |
Saatlı rayonu |
2 335 |
Mingəçevir şəhəri |
2 296 |
Lerik rayonu |
2 103 |
Zərdab rayonu |
1 915 |
Ucar rayonu |
1 864 |
Beyləqan rayonu |
1 838 |
Hacıqabul rayonu |
1 714 |
Zəngilan rayonu |
1 509 |
Şabran rayonu |
1 448 |
Siyəzən rayonu |
1 412 |
Qubadlı rayonu |
1 333 |
Daşkəsən rayonu |
1 278 |
Qobustan rayonu |
1 213 |
Yardımlı rayonu |
981 |
Şuşa rayonu |
951 |
Xocalı rayonu |
599 |
Xızı rayonu |
481 |
Naftalan şəhəri |
328 |
Xocavənd rayonu |
327 |
Naxçıvan şəhəri |
202 |
Babək rayonu |
186 |
Culfa rayonu |
114 |
Şərur rayonu |
110 |
Ordubad rayonu |
86 |
Kəngərli rayonu |
64 |
Sədərək rayonu |
46 |
Şahbuz rayonu |
38 |
Xankəndi şəhəri |
... |