Azərbaycanda mebel və digər əşyaların daşınması xidməti son bir ildə 16% bahalaşıb.
FED.az dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, mebel və əşyaların daşınması üzrə 1 xidmət haqqı bir il ərzində 19.80 manatdan, 23.01 manatadək yüksəlib. Nəticədə 3.21 manat və ya 16,2% bahalaşma qeydə alınıb.
Aylıq müqayisədə də artım müşhadiə edilib. Belə ki, cari ilin oktyabr ayında daşınma üzrə 1 xidmət haqqı 22.87 manat təşkil edib. Nəticədə oktyabr ayı ilə müqayisə zamanı 0.14 manat, yəni 0.6% artım müşahidə edilib.