2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 122,8 milyon manat dəyərində mebel istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə mebel istehsalı 22,1 milyon və ya 21,9% artıb.
2022-ci ilin yanvar-iyun aylarında bu göstərici 100,7 milyon manat təşkil edib.