2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 98,6 milyon manat dəyərində mebel istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə mebel istehsalı 15,3 milyon və ya 18,4% artıb.
2022-ci ilin yanvar-may aylarında bu göstərici 83,3 milyon manat təşkil edib.