2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 37 850,1 ton marqarin yağı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesabalamalara istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə marqarin yağının istehsalı 19 710 ton və ya 34,2% azalıb.
2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 57 560,4 ton təşkil edib.
01.11.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 4 142,3 ton təşkil edib.
Hazır məhsul ehtiyatı illik müqayisədə 1 273,7 ton və ya 23,5% azalıb.
01.11.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 5 416 ton təşkil edib.