2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 31 452 ton duru bitki yağı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesabalamalara istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə duru bitki yağlarının istehsalı 22,6% və ya 8 968,8 ton azalıb.
2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 40 418,8 ton təşkil edib.
01.11.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 3 324,7 ton təşkil edib.
Hazır məhsul ehtiyatı illik müqayisədə 970 ton və ya 22,2% azalıb.
01.11.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 4 294,7 ton təşkil edib.