2023-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində 7 milyard 541,8 milyon manatlıq toxuculuq məhsulları, geyim və ayaqqabılar satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2022-ci ilin yanvar-noyabr aylarına nisbətən 5,4% çoxdur.
Bu ilin 11 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 14,7% faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub.