Azərbaycanda kondisionerlərin qiymətində yüksəliş müşahidə edilməkdədir.
FED.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, cari ilin sentyabrda kondisionerin qiyməti 939,61 manat təşkil edirdisə, oktyabrda bu rəqəm 950,34 manata yüksəlib. Bu da 10,34 manat və ya 1,1% artıb.
Son bir ildə isə 12,2% yəni, 103,72 manat artım qiymət olub. Xatırladaq ki, ötən ilin oktyabrında kondisionerlərin qiyməti 846,62 manat idi.