Azərbaycanda ictimai nəzarətə xidmət edən Onlayn İctimai Nəzarət Platforması (yvvvyv.enezaret.az) layihəsinin rüblük (sentyabr-noyabr ayları üzrə) yekunlarına dair dəyirmi masa keçirilib.
FED.az xatırladır ki, 2021-ci ildə fəaliyyətə başlayan layihə müxtəlif problemlərlə bağlı ictimaiyyətin müraciətlərinin toplanıb müvafiq dövlət orqanlarına yönəldir və onların həll edilib- edilməməsini izləyir.
E-Nəzarət Platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) layihəsi çərçivəsində “MG Consulting” MMC tərəfindən icra edilir.
Dəyirmi masada USAİD-in ölkə rəhbərliyi, dövlət qurumları o cümlədən Bakı və digər rayonların icra hakimiyyətlərinin nümaynədələri, QHT-lər, mətbuat nümaynədələri və sair iştirak edib.
Toplantıda bildirilib ki, 2022-ci ilin 3-cü rübündə platformaya müraciətlərin sayı 4700-ü keçib. Müraciətlərin coğrafi əhatə dairrəəsi genişlənib. Belə kİ, buraya Bakıdan başqa rayonlardan da müraciətlər daxil olmağa başlayıb. Bundan başqa, platforma ilə əməkdaşlıq etmək istəyən dövlət qurumlarının sayı da artmağa başlayıb. Eləcə də müraciətlərə baxılması və problemlərin həlli ilə bağlı məsələlərə sürətlənib.
Dəyirmi Masada Bakı şəhəri İcra Hakimiyyəti, “Azərsu” ASC, DİN Nəqliyyat İntellektual İdarəetmə Mərkəzi. Avtomobil Yolları Dövlət Agentliyi, Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi, Yasamal Rayon İcra Hakimiyyəti, Nizami rayon İcra Hakimiyyəti, Sabunçu rayon İcra Hakimiyyəti, Abşeron rayon İcra Hakimiyyət, Xətai rayon İcra Hakimiyyəti, Xəzər rayon Icra Hakimmiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti və Biləsuvar Rayon İcra Hakimiyyəti kimi qurumlar iştirak edib.
Bəzi qurumlar problemləri vaxtında araşdırıb həll etdiklərinə görə, təltif ediliblər. Eləcə də bəzi ictimai fəal şəxslər (Eldəniz Mehrəliyev, Cavad Salmanlı və Səl Hüseynzadə) vətəndaş fəallığı göstərdiklərinə görə mükafatlandırılıblar.
Tədbirdə tlektron nəzarət platforması layihəsinin rəhbəri Hamlet Babayev bildirib ki, dövr ərzində 4789 müraciət edilib, aidiyyətli müraciətlərin sayı 1445 olub. Müraciətlərin 737-si həll edilib, həlli nəzərdə tutulan müraciətlər 285, həll olunmayan müraciətlər 423 olub.
Ən çox qeydə alınan müraciətlər bunlardır:
• Lyuklarla bağlı problemlər
• Yol nişanları, xüsusən də piyada zolağı ilə bağlı problemlər
• Tullantıların idarə olunması ilə bağlı problemlər
• Yol örtüyü ilə bağlı problemlər
• Su borularında sızma ilə bağlı problemlər
• Ağaclarla bağlı problemlər (ağacların quruması, aşması və s.)
• Sahibsiz itlər
• Transformator və elektrik naqilləri ilə bağlı problemlər
Rüb ərzində ən çox müraciət olunan qurumlar «Azərsu» və Bakı şəhər icra hakimiyyətidir. Bu orqanlar üzrə 237 və 373 müraciət daxil olub. «Azərsu»da müraxiətlərin 185-i , Bakı icra hakimiyyətnidə isə 262-si həll edilib.
Müraciətlərin çox olduğu digər qurumlar Azərbaycan Avtomobil Yolları Agentliyi (71) (AAYDA) və Baş Dövlət Yol polisi idarəsidir (50 müraciət). AAYDA bu müraciətlərin 22-ni (30%), Yol polisi isə 29-nu (60%) həll edib.
Bakı ətrafı və Bakının rayonları üzrə ən çox müraciətlər Başeron, Yasamal, Xətai, Sabunçu və Xəzər rayonlar üzrə qeydə alınıb. Araşdırmadan sonra Abşerondə hər 4 müraciətdən yalnız 1-i, digər sadalanan rayonlarda isə hər 3 müraciətdən 1-i həll edilib.
Adətən həll olunmayan problemlər isə aşağıdakılardır
• Yol örtüyü ilə bağlı problemlər
• Sahibsiz itlər
• Kanalizasiya, su və qazın olmaması
Hamlet Babayev bildirib ki, bəzi qurumlar hələ də layihə ilə bağlı müraciətlərə cavab vermir, müraciətləri ümumiyyətlə araşdırıb həll etmir. Bəzi qurumlarda isə ümumiyyətlə əlaqə vasitəsi və ya email ünvan işləmir. Nəticədə bəzi müraciətlər nəticəsikz qalır.
Bununla əlaqədar olaraq layihə icraçıları dövlət qurumoları üçün bəzi təkliflər veriblər. Təkliflər aşağıdakılardır.
• Vətəndaş müraciətlərinə baxılma müddətinin azaldılması;
• Qurumların e-poçt ünvanlarının aktiv olması və daim izlənməsi;
• Qurumlar tərəfindən problemlərin real həllinə çalışılması;
• Dövlət orqanları arasında əlaqələndirmə problemlərinin aradan qaldırılması.
Qeyd edək ki, E-Nəzarət Platformasına bir neçə üsulla müraciət etmək olar. Bunun üçün vətəndaş rastlaşdığı problemin fotoşəklini və ya video çəkilişini müxtəlif kanallarla (telefon, WhatsApp, Facebook, Instagram, Telegram, Twitter, e-poçt, sayt) E-Nəzarət Platformasına göndərir.
E-Nəzarət müraciətin qaydalara uyğunluğunu yoxlayır və aidiyyəti orqana mürəciət edir. Nəhayət, dövlət orqanı problemi həll edir və vətəndaş dövlət orqanının işini qiymətləndirir.
Tədbirdə bildirildi ki, indiyədək müraciətlərin 76% WhatsApp, 4,5 % Facebook, 0,4 % E-poçt, 12% Sayt, 0,1 % Telegram, 7% Instagram üzərindən edilib.
Qurum |
Ümumi müraciətlər
|
Ümumi həll olunan |
Həlli nəzərdə tutulan |
Həll edilməmiş işlər |
“Azərsu” ASC |
237 |
185 |
14 |
38 |
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi |
71 |
22 |
28 |
21 |
DİN Baş Dövlət Yol Polisi İdarəsi |
50 |
29 |
9 |
12 |
“Azərişıq” ASC |
40 |
22 |
10 |
8 |
Rəqəmsal İnkişaf və İqtisadiyyat Nazirliyi |
18 |
14 |
0 |
4 |
Dövlət Reklam Agentliyi |
6 |
6 |
0 |
0 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
6 |
3 |
2 |
1 |
Nəqliyyati İntellektual İdarəetmə Mərkəzi |
5 |
2 |
0 |
3 |
Daxili İşlər Nazirliyi |
2 |
2 |
0 |
0 |
|
|
|
|
|
Bakı Şəhər İcra Hakimiyyəti |
373 |
262 |
72 |
39 |
Abşeron Rayon İH |
59 |
15 |
22 |
22 |
Yasamal Rayon İH |
46 |
16 |
16 |
14 |
Xətai Rayon İH |
46 |
17 |
12 |
17 |
Sabunçu Rayon İH |
38 |
13 |
9 |
16 |
Xəzər Rayon İH |
33 |
11 |
16 |
6 |
Nəsimi Rayon İH |
22 |
8 |
3 |
11 |
Nizami Rayon İH |
20 |
14 |
2 |
4 |
Biləsuvar Rayon İH |
16 |
10 |
0 |
6 |
Nərimanov Rayon İH |
16 |
4 |
5 |
7 |
Səbail Rayon İH |
15 |
3 |
6 |
6 |
Masalli Rayon İH |
3 |
2 |
0 |
1 |
Onlayn İctimai Nəzarət Platforması |
1445 |
731 |
285 |
429 |